24 Kasım 2013 Pazar

Nasıl mısın İyi misin?

 
Tanrı, bəziləri heç bir günah işləmədən 
cəhənnəmdə doğulurlar. (A.Xəyyam)






Bu dəfə haqqında yazdığım kitab, əslən İsveçli, xanım yazar Edita Morrisə aiddi. Bu kitabı oxuyan kimi blogu yazmaq istəmədim, çünki, çox duyğusal, dramatik bir yazı alınacaqdı istəmədən də olsa. Kifayət qədər ağır kitabdı. Həzm etmək üçün biraz zaman keçməlidir mütləq. Ama inanın ki, bu kitabdan sonra bəzi adətlərinizi dəyişəcəksiniz, düzdür bəlkə bir müddətlik olacaq bu ama məncə həmişəlik olsa ne mutlu bu dünyaya.
Bu mövzunun dərinliyinə varmadan qısa info:
Orjinal adı "How Keeping hope fine". Bu kitab 3 hekayəyə ("Nasıl mısın, iyi misin?", "Vietnama sevgiler", "Mutlu Gün") ev sahibliyi edir. Bu kitabda toplanma səbəbləri isə hər üç hekayənin eyni mövzunu - müharibə, aclıq və səfalətin iyrəncliyini göstərməsidir.
Kitabın adı ilk hekayənin ilk cümləsindən götürülüb. Jamaicalı (zənci) qadının, avropalı yazara yazdığı məktubun ilk cümləsi. Nə isə hiss edirəm ki, çox uzanır, dağılır mövzu ona görə də toparlamaq şart. İlk hekayədə Amerikanın qara dərili insanlara etdiyi irqçilik zülmü, insanların işgəncələrə, yoxsulluğa məhkum olunması tük ürpərtici təsvirlərlə yazılıb. Məsələn düşünün, gün ərzində nə yeyirsiniz? Nə qədər yeməklə doydum deyirsiniz? Və sonra o insanların nə ilə doyduğunu oxuyun. Aradakı fərq iştahanızı kəsər. Acından ölürəm deyə yeməyin isinməsinə belə səbrimiz çatmazkən  
çox zaman, əslində acından ölmək haqqında heç yaxından-uzaqdan xəbərimiz yoxdur. Bizdən uzaqlarda amma hələ də, sözün əsl mənasında on minlərlə aclıqdan ölməyə davam edən insanlar var çox heyif ki.

səh 10


İkinci - Vietnama sevgiler hekayəsində Nagasakiyə atılan bomba nəticəsində yanan bir oğlanla, Vietnama atılan Napalm bombası nəticəsində yanan bir qızın məktublarını oxuyuruq. Bu hekayədə də aclıq, səfalət diz boyu, üstünə birdə heç sağalmayacaq yaralar var. Nagasaki haqqında eşitmişdim amma Napalm bombası haqqında bir fikrim olmadığına görə biraz araşdırdım və qarşıma çıxan şəkillərə bir neçə saniyədən artıq baxa bilmədim öncə. Sonra dedim ki, necə eqoist necə dəyərli canın varmış be Günel. Sən şəkillərinə baxa bilmirsən amma illərlə onun izlərini özündə daşıyan insanlar var. Açdım bir daha baxdım, biraz daha baxdım ama nə yalan deyim empati qurmaq istədim, olmadı...
Yetərin qədər uzun olan yazını biraz daha uzatmamaq üçün bomba haqqında detaylı yazmıram, maraqlıdırsa araşdırın bi zahmet.


Edita Morris haqqında o qədər müsbət fikirlərim var ki... Doğulduğundan ölənə qədər çox yaxşı imkanı olub bu xanımın. Buna rağmen aclığı o dərəcədə mükəmməl təsvir etməsi, həssas yanaşması, Xerosima qurbanları üçün bir sığınma evi açması, "toxun, acdan nə xəbəri" məsəlini yalan çıxarıb. 2-ci əsas səbəbim - əslən isveçli olsa da yazar amerikalı olaraq tanınır elə ömrü boyu da orda yaşayıb. Buna baxmayaraq çox cəsarətli şəkildə, haqqında yazdığım 2 hekayədə də Amerikanı hədəf almaqdan, rezil üzünü açıq aşkar göstərməkdən çəkinməyib. Hətta hekayədən bir kiçik parça paylaşacam sizlərlə, aşağıdakı şəkildə. Yazar o hissədə Amerikanın niyə vyetnamlılara viza vermədiyini görün necə açıqlayır. Başqa bir kitabı olan "Xerosimanın çiçəkləri" romanında o, sanki Yaponiyadan üzr istəyən bir amerikalıdır.

səh 96
Üçüncü hekayə - Mutlu Gün...

Bu hekayədə isə ekoloji fəlakət nəticəsində səhralığa çevrilən bir dünyada insanların necə aclıq mücadelesi verdiyini işləyib Edita teyzemiz. Hətta bircə dənə belə olsun quşun yaşamadığı dünya. Düşünün... Bir otun belə bitmədiyi dünya... Yenə düşünün... Şükr etdinizmi? 

 












Bu kitabdan sonra dəyişəcəksiniz demişdimya...

Kitab bittikdən sonra çox ağır təsir etmişdi mənə. Bir neçə gün düşündüm durdum. Elə o günlərdən birində səhər işə gəldim, stolumun gözünü açdım nə isə axtarırdım. Gözümə yaddan çıxmış alma dəydi. Ən az 10 gün idi ki, orda unudulmuşdu, qabığı büzüşmüşdü. Əl atıb götürdüm və zibil vedrəsinə atmaq istədim. Birdən dayandım, necə günah elədiyimi anladım. İnanın ki, bunları pafoslu səslənsin deyə yazmıram, ciddi-ciddi əlim gəlmədi atım. Dedim ki, mən bunun qabığını biraz dərin soyub yeye bilərəm. Bu kitabdan sonra məncə hamı, necə israfçı olduğunun fərqinə varıb, üzüləcək. Ama dəyişəcək...
Qaldı ki, bu kitabın yeməyinə... Bu kitabın yeməyi yoxdur əlbəttə ki... Bu kitabdakı bütün qəhrəmanlar o qədər acdır ki, kitabın təsirindəysəniz əgər, yemək yeyərkən vicdan əzabı çəkəcəksiniz. Əgər mütləq bir yeməyi olmalıdırsa kitabımın, onda bu limon qabığı olsun.










18 Kasım 2013 Pazartesi

AŞK KÖPEKLİKTİR

Bu  kitab təsadüfən əlimə keçən kitablardandır. Kitaba çox soyuq başlamışdım çünki, genelde hekayədən çox romana üstünlük verən biriyəm. Ama kitab sonra ağzımda elə bir dad qoydu ki... Bu haqda birazdan yazaram, öncə qısa bir özet keçim. Deməli, Ahmet Ümitin 10 hekayədə AŞKa fərqli resurslardan baxdığı bir kitabdır. 
Aşk Bir Mucizedir, Aşk Bir Cinayettir, Aşk Bir Ütopyadır, Aşk Çözümsüz Bir Problemdir, Aşk Bir Yanılsamadır və s. Hər hekayə fərqli münasibətlər üzərinə qurulub. Hekayələrdə fahişəni, qatili sevə biləcəyimizi hətta bunu bilərəkdən edə biləcəyimizi, boyumuzdan böyük danışmamağı ustalıqla yazıb Ahmet amcamız :) Hər nəisə, mənim ağzımda dadı qalan bir hekayə oldu ki, o digər 9 hekayənin ölçüsündədir və hamısını elə o andaca sildirir beyindən. Bu, kitabın da adını daşıyan *AŞK KÖPEKLİKTİR* hekayəsidir. Mən buna hekayədən çox minik roman deyərdim. O qədər keyifli, o qədər ləzzətli idi ki. Başladığım andan jazz, şərab, gecə qoxurdu bu minik roman. Ruhu olan yazılardandı, elə bil ki, mənimlə birlikdə nəfəs alırdı obrazlar eyni otaqda :) Qəribə idi :) Ahmet Ümitin özünün də dediyi kimi "Hüzünlü bir öykü, sözcüklərlə yazılmış bir jazz şarkısı". Hekayə haqqında qısa belə olsa nə isə yazmaq istəmirəm. Ordakı 3 insan arasındakı tutqunu bəsitləşdirməkdən qorxuram. Mükəmməl mahnılar qatmışdı Ahmet Ümit bu hekayəyə. Əgər bir gün oxumaq qərarına gəlsəniz fonda səsləndirməyiniz üçün sizinlə paylaşıram o listi.
  • Chet Baker-Time after Time
  • Pucci - Madama Butterfly
  • Shirley Bassey- Kiss me honey honey
  • Sarah Vaughan- All I do is dream of you
  • Nancy Wilson- Teach me Tonight *** (ən sevdiyim)

Aaa bir də unutmadan yanında mütləq *Parmezanlı pomidor soslu makaron* və qırmızı şərab eşlik etsin sizə :) Hekayənin tam ortasında Ayşe (esas obraz) evə gəlir, mətbəxə keçib CD çalara Madama Butterfly ı qoyur və özünə makarna pişirməyə başlayır. O anda ayracımı həmin səhifəyə ilişdirib mətbəxə qaçdım. Makaronlarım üçün suyu qaynamağa qoydum və dərhal internetdə o mahnını tapdım. Ha birdə Ayşeyə özənib yanına  qırmızı şərab da açdım. Artıq onunla eyni ortamı yaşayırdım, eyni ruh halinə bürünmüşdüm və təsəvvür edə bilməyəcəyiniz qədər hekayənin içindəydim.  Makaron pişərkən kitaba qaldığım yerdən davam etdim. Sehrin itməməsi üçün... Sonuç mmmmmm mükəmməl idi :) İnanmayacaqsınız bəlkə ama deməliyəm ki, mən bundan sonra hər dəfə bu yeməyi yediyimdə Ahmet Ümitin Ayşesi olacağam. Onun kimi hiss edəcəyəm. Bu zamana kimi boş boş yediyim pomidor soslu  makaronuma  fərqli hisslər yüklədi bu hekayə.


Kitabdan bir neçə notlar almışdım amma hamısını burda paylaşmaq fikrim yoxdur. Məncə hər insanın öz cümlələri olmalıdır hər kitabdan. Sizdə öz cümlələrinizi özünüz tapın bi zahmet :) Sadece bu iki notla kifayətlənirəm...